Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Gürcüstanda 5 yaşlı azərbaycanlı uşaq "donuz qripi"nə yoluxub

Gürcüstanda 5 yaşlı azərbaycanlı uşaq "donuz qripi"nə yoluxub


17-01-2019, 16:42. Yazar: xeber
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda "donuz qripi"nə 4 yoluxma halı qeydə alınıb.Xəstəliyə yoluxanların ikisi azərbaycanlıdır.
Onlardan biri 39 yaşlı qadın, digəri isə 5 yaşlı uşaqdır. Həkimlər qadının vəziyyətini orta-ağır, uşağın durumunu isə ağır kimi qiymətləndirirlər.
Xatırladaq ki, Gürcüstanda bu günə qədər "donuz qripi" adlandırılan A (H1N1) virusundan 17 nəfər ölüb.
(report)
 
Geri dön