Ana Sayfa > Karusel / Hadisə / M2 > Şəkidə ağır yol qəzası - Ölən var

Şəkidə ağır yol qəzası - Ölən var


18-07-2015, 15:42. Yazar: Xeberaz
Şəkidə ağır yol qəzası - Ölən var


Xeberaz.az ATV.az saytına istinadən məlumat verir ki, Şəki rayonu, Sarıca kəndində (rayon mərkəzindən 60 km aralı) 1958-ci il təvəllüdlü Saməddin Kamaləddin oğlu Balaağayev özünə məxsus “VAZ” markalı minik avtomobilini idarəetməni itirərək yol kənarındakı ağaca çırpıb.

Qəza nəticəsində avtomobilin sürücüsü S.Balaağayev ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Geri dön