Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes / Məşhurların Taleyi > Nazpərini toyda zəhərləmək istəyiblər

Nazpərini toyda zəhərləmək istəyiblər


14-01-2019, 15:40. Yazar: Xeberaz
Nazpərini toyda zəhərləmək istəyiblər
Xalq artisti Nazpəri Dostəliyeva “Şou ATV” proqramında hər kəsi təəccübləndirəcək açıqlama verib. 
“Xeberaz.Az” xəbər verir ki, müğənni canlı efirdə bir neçə il bundan əvvəl başına gələn xoşagəlməz hadisədən danışıb. Sənətçi qeyd edib ki, onu toyda zəhərləmək istəyiblər:
“Moskvada sürücüm eşidib ki, artıq plan qurulub, məni zəhərləmək istəyirlər. Kimsə bunun qarşılığında böyük məbləğdə pul alıb. Sürücüm tualetdə olub, onu tanımayıblar.  Daha sonra toyda mən mahnı oxuyarkən dedi ki, stolun üstündən bir stəkan belə su götürüb içməyin.  Birinci başa düşmədim, ağlıma belə şey gəlməzdi.  Daha sonra hər şey məlum oldu. Bilirəm ki, mənə qarşı kim bunu edib. Səsi verən Allahdır, ay bəndə, sən nə edə bilərsən? Bu, mənim üçün təəccüblü bir şey deyil. Yaxşı sənətkarı məhv etmək istəyirlər”.  
 
Geri dön