Ana Sayfa > Karusel / Gündəm > Xoşbəxt Yusifzadənin 89 yaşı olur

Xoşbəxt Yusifzadənin 89 yaşı olur


14-01-2019, 11:08. Yazar: xeber
Bu gün tanınmış Azərbaycan mühəndis-geoloqu, SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin 89 yaşı tamam olur.
X. Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub. Əmək fəaliyyətinə SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı ”Dövlətxüsusineftlayihə” kontorunda başlamış, lakin az sonra o vaxt təzə təşkil olunmuş ”Dənizneft” Birliyində işə qəbul edilmiş, burada böyük mühəndis və bölmə rəisi vəzifələrində çalışıb.
2004-cü ildən bəri SOCAR-ın vitse- prezidentidir. Azərbaycanda və Xəzər dənizində neft və qazçıxarmanın inkişafına verdiyi böyük töhfələrə görə X. Yusifzadə bir sıra yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülüb.


Geri dön