Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Qubada faciə: Ata 5 yaşlı oğlunun ölümünə səbəb oldu

Qubada faciə: Ata 5 yaşlı oğlunun ölümünə səbəb oldu


13-01-2019, 11:22. Yazar: Xeberaz

Qubada dəhşətli hadisə baş verib.
Hadisə Quba raynunun Barlı kəndində olub.
2014-cü il təvəllüdlü Vəliyev Rəvan Bəhərçin oğlu atasının sürdüyü "Qazel" markalı avtomobilin altında qalaraq dünyasını dəyişib. Uşağın atası Bəhərçin Vəliyev "Qazel"markalı avtomobilini həyətdən çıxararkən 5 yaşlı oğlunun həyətdə oynadığını görməyib və onun üstündən keçib. Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə Quba Rayon Prokurorluğunun əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.
Faktla bağlı araşdırma aparılır

Geri dön