Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Quba-Xaçmaz yolunda ağır qəza: 4 nəfər öldü -Biri dünya çempionudur

Quba-Xaçmaz yolunda ağır qəza: 4 nəfər öldü -Biri dünya çempionudur


10-01-2019, 19:28. Yazar: Xeberaz

 

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 4-ə çatıb.
Qəzada xəsarət alan 1979-cu il təvəllüdlü Ramin Seyidəhmədov yerləşdirildiyi Quba rayon Mərkəzi Xəstəxanasında ölüb.
 
* * *
Quba-Xaçmaz yolunun 5-ci kilometrliyində qəza baş verib.
40 BS 143 nömrəli "VAZ 21010” markalı avtomobil 40 BL 944 "Ford” markalı avtomobillə toqquşub. 

Minik avtomobilində olan 3 nəfər ölüb, bir nəfər isə vəziyyəti ağır olduğu üçün Quba rayon Mərkəzi xəstəxanasına aparılıb. Yük maşının sürücüsünün vəziyyəti yaxşıdır. Qəzada ölənlər Qasımov Coşqun Kamil oğlu, Abasov Zakir Eldəniz oğlu və Nahid Tarıverdiyevdir. Ölənlərin ikisinin xalaoğlu olduqları və 10-cu sinifdə oxuduqları bildirilib. 
Qasımov Coşqun Boks üzrə Respublika çempionudur.

Hadisəyə ilkin səbəb kimi yüksək sürət həddinin olması göstərilir.
Geri dön