Ana Sayfa > Karusel / Dünya / Fotogalereya > Fransada İŞİD tərəfdarları həbs olundu

Fransada İŞİD tərəfdarları həbs olundu


18-07-2015, 01:45. Yazar: Xeberaz
Fransada İŞİD tərəfdarları həbs olundu
Fransanın hüquq-mühafizə orqanları hərbi bazada terror aktının hazırlanmasında şübhəli bilinən üç nəfəri həbs ediblər. Bu barədə Le Monde məlumat yayıb.

Saxlanılan şəxslər – 17 yaşlı İsmael K., 19 yaşlı Antuan F. və 23 yaşlı Cebrail A.-dır. Ehtimal olunur ki, onlar İŞİD terror qrupunun tərəfdarları olan cihadçılardır.

Qeyd olunur ki, terrorçular internetdə kodlaşdırılmış proqram vasitəsilə bir-biri ilə əlaqə yaradıblar. //Oxu.az
Geri dön