Ana Sayfa > Karusel / Gündəm > Bakıya nə vaxt qar yağacaq?

Bakıya nə vaxt qar yağacaq?


9-01-2019, 16:59. Yazar: xeber

Bakıda və Abşeron yarımadasında qarın yağması, əsasən, yanvarın ikinci və ya üçüncü ongünlüyündə müşahidə edilir.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyininin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda mülayim hava şəraiti hökm sürür:
“Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından bir-iki dəfə yüksəkdir. Gecə saatlarında temperatur üç-dörd, yeddi-doqquz dərəcə təşkil edir ki, bu da yağıntının yağmasına şərait yaradır.
Qarın yağması üçün temperatur aşağı düşməlidir. Hələlik yaxın günlərdə Bakıda və Abşeron yarımadasında qarın yağacağı gözlənilmir”.
Bakıda və Abşeron yarımadasında qarın yağması, əsasən, yanvarın ikinci və ya üçüncü ongünlüyündə müşahidə edilir.
Geri dön