Ana Sayfa > Karusel / Maraqlı / M2 > Soyuqdəyməni aradan qaldıran təbii üsul

Soyuqdəyməni aradan qaldıran təbii üsul


9-01-2019, 11:28. Yazar: xeber
Soyuqdəyməni aradan qaldıran
Havaların soyuması ilə burun axıntıları, baş və boğaz ağrıları, öskürək kimi bir çox soyuqdəymə əlamətləri ortaya çıxır.
Soyudəymə fərqli virusların səbəb olduğu bir infeksiya növüdür. Çox ağır olmadığı müddətcə evdə təbii üsullarla müalicə edilə bilər.
Sarımsaqla hazırlanan sadə qarışımla soyuqdəymədən qısa müddətdə xilas ola bilərsiniz.
Sarımsağın antibakterial xüsusiyyəti var. Ağciyəri, qaraciyəri və ürəyi qüvvətləndirir. Mədə və bağırsaqları dezinfesiya edərək zərərli bakteriyaları yox edir. Nəfəs borusu problemlərinə çox faydalı olur.
Qarışımı hazırlamaq üçün bir ədəd sarımsağı yaxşıca əzdikdən sonra iki çay qaşığı limon suyu əlavə edin. Bir yemək qaşığı bal və yarım çay qaşığı qırmızı bibər əlavə etdikdən sonra yaxşıca qarışdırın. Qarışımı soyuqdəymə keçənə qədər hər gün qəbul edin. Bundan başqa xəstəlikdən surətlə xilas olmaq üçün yeməklərinizə də sarımsaq əlavə edə bilərsiniz.
Hər ehtimala qarşı qarışımı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməyi unutmayın.

Geri dön