Ana Sayfa > Karusel / Gündəm > Yağış yağacaq, külək əsəcək

Yağış yağacaq, külək əsəcək


7-01-2019, 15:20. Yazar: xeber
Sabah yağış yağacaq, külək əsəcək - HAVA PROQNOZU
Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, yanvarın 8-9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir: "Gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Mülayim cənub-şərq küləyi 9-u axşam arabir güclənən şimal qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu 9-12 dərəcə arasında dəyişəcək".
Onun sözlərinə görə, yanvarın 8-9-da əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək: "Lakin gecə və axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Havanın temperaturu 9-14 dərəcə, dağlıq ərazilərdə isə 3-6 dərəcə arasında dəyişəcək".


Geri dön