Ana Sayfa > Karusel / Hadisə > Zabratda faciə: sobanı alışdırarkən özü alışıb yandı

Zabratda faciə: sobanı alışdırarkən özü alışıb yandı


6-01-2019, 19:48. Yazar: Xeberaz
"Xeberaz.Az" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1952-ci il təvəllüdlü Quliyeva Bənövşə Xalıqverdi qızı yaşadığı evin həyətində dəmirdən olan odun sobasını yandırmaq üçün sobaya ağ neft töküb. Qadın sobanı yandırarkən əlindəki neft qabı da alışıb və qadının üzərinə tökülüb.

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.


Geri dön