Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt > Bakıda güclü külək 10 metrlik lövhəni aşırdı - FOTOLAR

Bakıda güclü külək 10 metrlik lövhəni aşırdı - FOTOLAR


5-01-2019, 10:45. Yazar: Xeberaz

Bakıda güclü külək 10 metrlik lövhəni aşırdı - FOTOLAR
Paytaxtda güclü külək Bakı Dairəvi-1 avtomobil yolunda, Yeni Yasamal yaşayış massivinə gedən yolun kəsişməsində yerləşən 10 metr hündürlüyə malik T tipli məlumatverici lövhəni aşırıb. 

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, aşan lövhə Yeni Yasamal yaşayış massivinə gedən yolda, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb. 

Dərhal əraziyə agentliyin əməkdaşları cəlb olunaraq, aşan dirək yoldan kənarlaşdırılıb və avtonəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub. 


Geri dön