Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Xətaidə gənc bıçaqlandı

Xətaidə gənc bıçaqlandı


4-01-2019, 12:29. Yazar: xeber
Paytaxtın Xətai rayonunda gecə saatlarında bıçaqlanma hadisəsi baş verib.NZS qəsəbəsi, Aşıq Qurban küçəsi, ev 25 ünvanı yaxınlığında 1993-cü il təvəllüdlü İntiqam İkram oğlu Mustafayev öz qonşusu, 1994-cü il təvəllüd Elməddin Taleh oğlu Əliyevi bıçaqlayıb.
Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal olunur.
Yaralı döş qəfəsinin sağ yarısının kəsilmiş, deşilmiş yaraları ilə təcili olaraq 3 saylı Sabunçu Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.
İ.Mustafayev könüllü polisə təslim olub. Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.
Geri dön