Ana Sayfa > Karusel / Gündəm > Yeni ilin ilk iş günü hava necə olacaq?

Yeni ilin ilk iş günü hava necə olacaq?


2-01-2019, 20:17. Yazar: xeber

Yanvarın 3-də Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər ayrı-ayrı yerlərdə zəif duman olacağı, gündüz isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5°, gündüz 7-10° isti təşkil edəcək.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 7-12° isti, yüksək dağlıq ərazilərdə 15-17° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.
Geri dön