Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Hazal iranlı fanatını məhkəməyə verdi

Hazal iranlı fanatını məhkəməyə verdi


17-07-2015, 14:19. Yazar: Xeberaz

Hazal iranlı fanatını məhkəməyə verdi

Aktrisa Hazal Kaya Türkiyədə təhsil alan 27 yaşlı iranlı fanatı İsa Yazdan Kərimidən polisə şikayət edib
Xeberaz.az “Hürriyət”ə istinadən xəbər verir ki, buna səbəb pərəstişkarının aktrisanı sosial şəbəkədə narahat etməsi və iş yerinə tez-tez hədiyyə göndərməsi olub. Hazal İstanbul Ailə Məhkəməsinə müraciət edərək təhlükəsizliyinin təmin edilməsi üçün ərizə yazıb.

O, Kərimi ailəsinin yaşadığı evə yaxınlaşmaması üçün tədbirlər görülməsini istəyib. “Facebook” səhifəsində H.Kayaya “Ya Hazalım, ya ölüm”, “Eşqim, həyat yoldaşım” tipli ismarışlar göndərən İsa Yazdanın şübhəli şəxs qismində ifadəsi alınıb. Tibb fakültəsində oxuyan iranlı tələbə ifadəsində deyib:

“Hazalın fanatıyam. Onunla heç vaxt üz-üzə gəlməmişəm, evinə getməmişəm. İş yerinə hədiyyə göndərməyim doğrudur. Onu çox sevirəm. Hətta Hazalla evlənmək istəyirəm. Ona qətiyyən hər hansı zərər vermərəm. Hazala heç vaxt pis mesaj yazmamışam. Ailəm atası ilə görüşüb, onu bir daha narahat etməyəcəyimizi söyləyib. Həmin gündən mesaj yazmıram. Vəziyyətin bu həddə çatmasına görə peşmanam”.

Məhkəmə Kərimi ailəsinin 4 ay müddətinə H.Kayanın evinə və iş yerinə yaxınlaşmamasına qərar verib.

Qeyd edək ki, İsanın Atası Yusif Kərimi isə məhkəməyə ifadəsində “Oğlum Hazalla görüşməlidir. Onu görməsə, intihar edəcək. Təhsilini də yarımçıq qoyub. Hazalın evinin yanında yatıb-qalxır” deyib.
Geri dön