Ana Sayfa > Karusel / İdman > Daha bir ağırlıqqaldıranımıza 4 illik cəza

Daha bir ağırlıqqaldıranımıza 4 illik cəza


24-12-2018, 11:51. Yazar: xeber
Daha bir ağırlıqqaldıranımıza 4 illik cəza

Orqanizmində qadağan olunmuş preparat aşkarlanan azərbaycanlı ağırlıqqaldıran Azər Məmmədlinin cəza müddəti açıqlanıb.
105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 23 yaşlı idmançı 4 il müddətinə yarışlardan kənarlaşdırılıb. 


Orqanizmində etioxolanolon maddəsi tapılan Məmmədlinin cəzası 17 iyul 2018-ci ildən qüvvəyə minib.

Qeyd edək ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası daha əvvəl "Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi Anastasiya İbrahimlinin 4 illik cəzalandırıldığını açıqlayıb. Elmar Alıyev və Hüseyn İsmayılovdan götürülən nümunələrin müsbət nəticə verdiyi də açıqlayıb. Onların cəza müddəti hələlik açıqlanmayıb. 
Geri dön