Ana Sayfa > Karusel / Gündəm / M2 > Gürcüstan-Azərbaycan sərhədində çaxnaşma

Gürcüstan-Azərbaycan sərhədində çaxnaşma


17-07-2015, 14:14. Yazar: Xeberaz
Gürcüstan-Azərbaycan sərhədində çaxnaşma

Sərhəddə 2000-ə yaxın insan toplanıb

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda turistlərin və sərnişinlərin qonşu ölkəyə keçidində müəyyən qədər sıxlıq müşahidə olunması bayram və istirahət günləri ilə bağlıdır.

Dövlət Gömrük Komitəsindən bildiriblər ki, Azərbaycan-Gürcüstan sərhədində gömrük əməkdaşları gücləndirilmiş iş rejimində çalışır və yaxın 2-3 saat ərzində mövcud sıxlıq aradan qaldırılacaq.

Qeyd edək ki, Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-gömrük məntəqəsində gərginlik yaranıb.

Bildirilir ki, sərhəddə 2000-ə yaxın insan toplanıb və qarşı tərəfə keçmək istəyirlər. Artıq 3 saatdır burada gözləyənlər də var. Lakin, insanlar qarşı tərəfə buraxılmır. Məntəqədən növbənin dəyişildiyi deyilir.

Geri dön