Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bakıda iş adamını maşınında güllələdilər - Sonra bıçaqladılar

Bakıda iş adamını maşınında güllələdilər - Sonra bıçaqladılar


21-12-2018, 12:29. Yazar: xeber

Paytaxtda iş adamı qətlə yetirilib.
Hadisə paytaxtın Xətai rayonunda baş verib.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirvahid oğlu Xətai rayonu, Sadıqcan küçəsində özünə məxsus "Hyundai" markalı 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnib.

Naməlum şəxslər F.Vahabovu əvvəlcə odlu silahla güllələyib, daha sonra isə bıçaqla qətlə yetiriblər.

Hüquq-mühafizə orqanları əməkdaşları F.Vahabovun qətlə yetirilmiş meyitini avtomobildə aşkarlayıblar.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda qətli törədən şəxs və şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Geri dön