Ana Sayfa > Karusel / Maraqlı > 6 il əvvəl bu gün dünya dağılacaqdı - Gülünc proqnozlar

6 il əvvəl bu gün dünya dağılacaqdı - Gülünc proqnozlar


21-12-2018, 11:59. Yazar: xeber

2012-ci ilin dekabr ayının bu vaxtları idi. Çoxlarının üzündə narahatlıq, qorxu, təlaş əks olunurdu. Bəzi marketlərdə ərzaqlar tükənmişdi, bəzilərində şam...
Lakin heç nəyi vecinə almayanlar da vardı. Onlar qorxu içində "ölümünü" gözləyənləri ələ salırdılar.
6 il əvvəl, bu gün, dünyanın dağılması ilə bağlı iddialar səsləndirilmişdi. Ən pisi isə odur ki, bu iddilar ilk dəfəydi deyə ciddi narahatlıq doğurmuşdu. Bu xəbərə inanan insanların sayı çoxluq təşkil edirdi. Hətta bəziləri dünyanın dağılacağını düşünərək evə kilolarla makaron, bəziləri isə qaranlğa düçar olacaqlarını nəzərə alaraq onlarla şam almışdı.
Həmin proqnozdan 6 il keçir. Bu gülünc nəzəriyyələr hər il milyonlarla insana psixoloji təsir göstərir. Bu xəbərlər sayəsində kimlərsə gündəmdə qalmaq, kimlərsə də insanların psixologiyasını "test" etmək istəyir.
İndi isə fərziyyəyə görə, 1 kilometr ölçüsündə olan nəhəng cisim 16 mart, 2880-ci ildə Yerə dəyəcək və nəticədə nəhəng sunamilər meydana gələcək. Bu isə bəşəriyyətin yox olmasına gətirib çıxaracaq.
Hər il dünyanın dağılması ilə bağlı fantastik filmlər çəkilir, milyonlarla pul xərclənilir. Bununla insanlar arasında narahatlıq yaratmaq istəsələr də, artıq çoxları bu yalanlara inanmır. Necə deyərlər, "yalançının evi yandı, kmsə inanmadı".

Geri dön