Ana Sayfa > Karusel / Gündəm / İdman > "Qarabağ" daha 2 sabiq futbolçusunu geri qaytarır

"Qarabağ" daha 2 sabiq futbolçusunu geri qaytarır


20-12-2018, 10:48. Yazar: xeber
Almeyda və Enrike"Qarabağ" klubu Qazaxıstan "Astana"sında çıxış edən sabiq futbolçuları Riçard Almeyda və Pedro Enrike ilə danışıqlara başlayıb. 
Azərbaycan təmsilçisi keçmiş liderlərini geri qaytarmaq istəyir. Artıq Qazaxıstan "Aktobe"sindən ayrılan Reynaldo ilə 2,5 illik müqavilə bağlanılıb. İndi isə Almeydanın "Qarabağ"a dönüş ehtimalları daha yüksək qiymətləndirilir. Əslən braziliyalı milliləşmiş yarımmüdafiəçinin Bakıya gəlməyə hazırlaşdığı bildirilir. Onun "Astana" ilə daha 2 illik müqaviləsi qüvvədə olduğundan, hazırkı klubundan da çox şey asılıdır.
Enrike isə müqavilə üzrə Yunanıstan PAOK-una məxsusdur. Onun ötən mövsüm çıxış etdiyi "Qarabağ"la yenidən icarə müqaviləsi bağlaması realdır.
Qeyd edək ki, Riçard Almeyda və Pedro Enrike "Astana"ya yayda keçib. onlar Qazaxıstan Premyer Liqasında hərəyə 8, avrokuboklarda isə 11 oyun keçiriblər. Enrike 3, Almeyda 1 qol vurub. 


Geri dön