Ana Sayfa > Karusel / Hadisə > “Cümə” məscidinin nəzir qutusundan pul oğurlandı

“Cümə” məscidinin nəzir qutusundan pul oğurlandı


19-12-2018, 17:46. Yazar: xeber

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
 
Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib. 
 
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 6-cı mikrorayon ərazisindəki “Cümə” məscidinin qarşısındakı nəzir qutusundan pul, 1 şirniyyat sexindən sərinləşdirici içkilər, 1 köşkdən tütün məmulatı və 1 evdən geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Telman Cəbrayılov saxlanılıb.
 
Araşdırmalarla onun əvvəllər fahişəliyə cəlb etmə, oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduğu müəyyən edilib.


Geri dön