Ana Sayfa > Karusel / Gündəm > SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! Bakının bu yollarında sürət həddi dəyişdirildi

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! Bakının bu yollarında sürət həddi dəyişdirildi


18-12-2018, 11:27. Yazar: xeber
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! Bakının bu yollarında sürət həddi dəyişdirildi
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi - Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.
“Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”, - deyə məlumatda bildirilir.

Geri dön