Ana Sayfa > Karusel / M2 / Xəbəraz TV / İbadət > Müsəlmanlar Moskva küçələrinə axışdı (FOTO)

Müsəlmanlar Moskva küçələrinə axışdı (FOTO)


17-07-2015, 12:27. Yazar: Xeberaz
Müsəlmanlar Moskva küçələrinə axışdı (FOTO)
Bayram ənənəsinə uyğun olaraq müsəlmanlar məscidlərdə birgə dua etmək üçün yığışıblar.
Rusiyanın paytaxtı Moskvada minlərlə müsəlman Ramazan Bayramı ilə əlaqədar küçələrə çıxıb.

Xeberaz.az-ın ANS PRESS-dən aldığı məlumata görə, bayram ənənəsinə uyğun olaraq müsəlmanlar məscidlərdə birgə dua etmək üçün yığışıblar. Rəsmilər bayraam namazı ilə bağlı məscidlərə bir neçə min insanın gələcəyini proqnozşlaşdırılar. Moskva vilayətində isə bu rəqəmin 80 min olacağı gözlənilir.

Paytaxt küçələrinə toplaşan müsəlmanların təhlükəsizliyini təmin etmək məqsədi ilə 4 min polis əməkdaşı əraziyə cəlb olunub.

Bayramla əlaqədar paytaxtda nəqliyyat vasitələrinin istiqamətləri də dəyişdirilib. Bundan başqa, bu gün Moskva vaxtı ilə səhər 04:00-dən 11:00-ə qədər məscidlərə yaxın ərazilərə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bayram günü yalnız nəqliyyatın hərəkəti deyil, açıq-saçıq reklam lövhələrinin yayımı da məhdudlaşdırılıb. Moskva meriyası məscidlərə yaxın yerlərdə quraşdırılmış bu qəbilədən olan reklam stendlərini söküb.

Artıq Rusiya Müftilər Şurasının (RMŞ) başçısı Ravil Qaynutdin bayram münasibətilə müsəlmanları təbrik edib.

Müsəlmanlar Moskva küçələrində bayram namazı qılır

Bayramdan bir necə gün öncə Moskvada Ramazan çadırı qurulmuşdu.

[media=https://youtu.be/vrkoJgl1IF0]
Geri dön