Ana Sayfa > Karusel / Gündəm > Könül Kərimovaya qarşı dələduzluq edən qadına cəza verildi

Könül Kərimovaya qarşı dələduzluq edən qadına cəza verildi


17-12-2018, 17:10. Yazar: xeber
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilənMəlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 
Hökmə əsasən, M. Məmmədova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
Qeyd edək ki, M.Məmmədova bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə, 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.
Cinayət işi üzrə Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimova da var.
İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib.
O, bu işə görə, K.Kərimovadan, ümumilikdə, 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.
Geri dön