Ana Sayfa > Karusel / Hadisə / Dünya / M2 > Yaponiyada şiddətli fırtına: 2 ölü, 33 yaralı

Yaponiyada şiddətli fırtına: 2 ölü, 33 yaralı


17-07-2015, 11:32. Yazar: Xeberaz
Yaponiyada şiddətli fırtına: 2 ölü, 33 yaralı
Yaponiyanın Sikoku ştatında baş verən şiddətli “Nanqka” fırtına nəticəsində 2 nəfər ölüb, 33 nəfər xəsarət alıb


360 min nəfər ada sakininə təhlükə barədə xəbərdarlıq edilib və evlərini tərk etmək tövsiyə olunub.

Təbii fəlakət zonasında dəmiryol nəqliyyatı dayandırılıb, hava limanında 200-dən çox aviareys ləğv edilib.

Meteoroloqların məlumatına görə, “Nanqka” şimal-şərq istiqamətində irəliləyərək Yaponiyanın ən böyük Honsü adasının Vakayama və Okayama prefekturalarına yaxınlaşır.

Fırtına episentri yaxınlığında küləyin sürəti saniyədə 55 metrə çatır.
Geri dön