Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Fəhlə qum dolu yük maşınının altında qalaraq öldü-Qazaxda
Fəhlə qum dolu yük maşınının altında qalaraq öldü-Qazaxda15-12-2018, 17:15. Yazar: Xeberaz |
Qazax rayonunda 60 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.Hadisə rayonun Xanlıqlar kəndi ərazisində aparılan tikinti işlərində qeydə alınıb. Belə ki, içərisi qumla dolu yük avtomobilinə istiqamət göstərən Musa İbrahim oğlu Nəbiyev beton plitənin çökməsi səbəbindən quyuya düşüb. Bu zaman yük maşını da aşaraq qumu onun üzərinə töküb. Nəticədə M.Nəbiyev hadisə yerində ölüb. Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır. Geri dön |