Ana Sayfa > Karusel / Hadisə / M2 > Naxçıvana gedən yolda terror törədiblər

Naxçıvana gedən yolda terror törədiblər


17-07-2015, 10:52. Yazar: Xeberaz
Naxçıvana gedən yolda terror törədiblər

PKK Türkiyənin İğdır vilayəti ərazisində terror törədib.

Xeberaz.az Oxu.Az-a istinadən verdiyi məlumata görə, iyulun 16-da yerli vaxtla saat 19.35-də İğdırın Qaraqoyun rayonunun Daşburun kəndi yaxınlığında PKK-çılar İğdırdan Naxçıvana – Dilucu sərhəd məntəqəsinə gedən yolu kəsərək bir yük avtomobilini (TIR) saxlayıblar. Onlar sürücünü avtomobildən düşürərək TIR-a od vurublar və hadisə yerindən qaçıblar.

Yanğın səbəbi ilə yolda nəqliyyatın hərəkəti bir müddət dayandırılıb. Yanğınsöndürənlər TIR-ı söndürsələr də, avtomobil yararsız hala düşüb.

Təhlükəsizlik qüvvələri əməliyyat-axtarış tədbirlərinə başlayıb.
Geri dön