Ana Sayfa > Karusel / M2 / Qarabağdan xəbər var > Cəbhədə gərgin gecə

Cəbhədə gərgin gecə


17-07-2015, 10:41. Yazar: Xeberaz
Cəbhədə gərgin gecə
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 78 dəfə pozub.

Xeberaz.az xəbər verir ki, Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli, Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Ağdam rayonunun Şuraabad, Şıxlar, Cəvahirli, Kəngərli, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Xatırladaq ki, Silahlı Qüvvələrin qoşun növləri və qismlərində müxtəlif ixtisaslar üzrə intensiv döyüş hazırlığı məşqləri mərhələli surətdə davam edir. Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən tank, PDM, aviasiya hissələrində və artilleriya bölmələrində ayrı-ayrı və birgə məşqlər icra olunur.
Geri dön