Ana Sayfa > Karusel / Hadisə / M2 > İraqda 130 İŞİD terrorçusu məhv edilldi

İraqda 130 İŞİD terrorçusu məhv edilldi


17-07-2015, 10:01. Yazar: Xeberaz
İraqda 130 İŞİD terrorçusu məhv edilldi


İraqın hərbi aviasiyası Anbar əyalətində sutka ərzində 130 İŞİD qruplaşmasının silahlısını məhv edib.
ASS agentliyinin verdiyi məlumata görə, bu barədə İraqın Müdafiə nazirliyi açıqlama yayıb.

“Hərbi-Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində Əl-Haldiyə şəhəri ətrafında 60 ekstremist, 14 nəqliyyat vasitəsi və 8 hərbi istehkam, Ər-Ramadi şəhərində isə 70 terrorçu məhv edilib”, məlumatda bildirilir.

Qeyd edək ki, iyulun 13-də İraqın hərbi komandanlığı İŞİD-in Anbar vilayətindəki mövqelərinə doğru hücuma keçib. Keçirilən əməliyyatın əsas hədəfi terrorçuların nəzarəti altında olan Ər-Ramadi və Əl-Faluca şəhərləridir. //APA
Geri dön