Ana Sayfa > Karusel / Məşhurların Taleyi > Nadir Qafarzadənin 100 min manatını OĞURLADILAR

Nadir Qafarzadənin 100 min manatını OĞURLADILAR


13-12-2018, 12:32. Yazar: xeber
Müğənni Nadir Qafarzadənin evindən pul oğurlayıblar. 
Bu barədə sənətçi “5-də 5” proqramına qonaq olarkən danışıb. 
 
O, bir müddət bundan əvvəl mənzilindən 100 min manata yaxın pul oğurladığını qeyd edib:
 
“Xeyli sayda pulumu oğurladılar. Evə kamera qoymamışam. Mən öncə bir xanımdan şübhələnmişdim. Sonra  bildim ki, o deyil. Zəng vurub üzr istədim,Gözümlə görməmişəm, o dünyaya günah aparmaq istəmirəm. 
 
100 min manata yaxın pulumu oğurladılar. Həyat yoldaşım mənə çox dəstək oldu, gecə yata bilmirdim, yuxu dərmanı qəbul edirdim. Əziyyətlə qazanılmış pullar idi. Hadisə təxminən 1 il yarım bundan əvvəl baş vermişdi”


Geri dön