Ana Sayfa > Karusel / İdman / M2 / Xəbəraz TV > "Qəbələ" uduzdu, "İnter" qələbə qazandı - YENİLƏNİB

"Qəbələ" uduzdu, "İnter" qələbə qazandı - YENİLƏNİB


17-07-2015, 09:49. Yazar: Xeberaz
"Qəbələ" uduzdu, "İnter" qələbə qazandı - YENİLƏNİB

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Bakının "İnter" klubu səfərdə İslandiyanın "Hafnarfyordur" komandası ilə qarşılaşıb.

Oyuna meydan sahibləri fəal başlayıblar - 39-cu dəqiqədə Atli Qudnason penalti zərbəsindən hesabı açıb.

51-ci dəqiqədə meydan sahibləri azlıqda qalıblar - Oskarsson qırmızı vərəqə alıb. Bu dəfə penalti vurmaq növbəsi futbolçularımıza çatıb - Nika Kvekveskeri hesabı bərabərləşdirib.

61-ci dəqiqədə isə Dieqo Martins "İnter"in qələbə qolunu vurub - 1:2.

Qeyd edək ki, cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.

XXX

"Qəbələ" klubu isə səfərdə Serbiyanın "Çukariçki" komandası ilə qarşılaşıb.

Oyunda hesabı serblər açıblar - 53-cü dəqiqədə Stoyilkoviç penalti zərbəsini dəqiq yerinə yetirib.

Matçda başqa qol qeydə alınmayıb - 1:0.

Qeyd edək ki, cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək. //Trend
[media=https://youtu.be/PD9-eVeuzfw]

Geri dön