Ana Sayfa > Karusel / Gündəm / İdman > Kimlər gedəcək? - Çempionlar Liqasında qrup mərhələsinin SON OYUNLARI

Kimlər gedəcək? - Çempionlar Liqasında qrup mərhələsinin SON OYUNLARI


11-12-2018, 11:16. Yazar: xeber

Çempionlar Liqasında qrup mərhələsində son tura start veriləcək.
Bu gün və sabah qruplarda son oyunlar keçiriləcək.
İlk olaraq sabah A, B, C və D qruplarındakı komandalar meydana çıxacaq. A və D qrupunda 1/8 finalçılar artıq məlumdu.
B qrupunda "Barselona" birinciliyi təmin edibsə, ikinci xoşbəxt komanda "Tottenhem" və ya "İnter" olacaq. İtaliya təmsilçisi öz meydanında "PSV"yə qalib gəlib, londonluların "Nou Kamp"da büdrəməsinə ümid edəcək.
Sabah bütün diqqətlər C qrupuna yönələcək."PSJ" Serbiyada "Srvena Zvezda"ya qalib gələrsə, digər oyunun nəticəsindən asılı olmayaraq, mübarizəni davam etdirəcək. "Liverpul" - "Napoli" qarşılaşmasının nəticəsi isə böyük ehtimalla komandalardan birini 1/8 finala daşıyacaq. Yalnız "PSJ"nin məğlubiyyəti və "Liverpul"un qələbəsi ingilislərlə italyanların üzünü güldürəcək.
Dekabrın 12-də isə digər qruplarda oyunlar keçiriləcək. E, G və H qruplarında son tur formal xarakter daşıyır. F qrupunda isə "Mançester Siti"yə ya "Lion", ya da "Şaxtyor" yoldaş olacaq.
Ümumilikdə 1/8 finala vəsiqə verən 4 yerin sahibi son turda müəyyənləşəcək ki, buna da 7 komandanın iddiası qalıb.
Çempionlar Liqası
Qrup mərhələsi, VI (sonuncu) tur
11 dekabr
A qrupu
00:00. Brügge (Belçika) - Atletico (İspaniya)
00:00. Monaco (Fransa) - Borussiya (Dortmund, Almaniya)
B qrupu
00:00. Barselona (İspaniya) - Tottenham (İngiltərə)
00:00. İnter (İtaliya) - PSV (Hollandiya)
C qrupu
00:00. Liverpool (İngiltərə) - Napoli (İtaliya)
00:00. Crvena Zvezda (Serbiya) - PSG (Fransa)
D qrupu
21:55. Qalatasaray (Türkiyə) - Porto (Portuqaliya)
21:55. Schalke (Almaniya) - Lokomotiv (Rusiya)

Geri dön