Ana Sayfa > Karusel / Hadisə > Bakıda yeniyetmə söyüşə görə tanımadığı şəxsi bıçaqladı...

Bakıda yeniyetmə söyüşə görə tanımadığı şəxsi bıçaqladı...


10-12-2018, 21:38. Yazar: xeber

Bakı Ağır Cinayətlər Məhkəməsində küçədə tanımadığı şəxsi bıçaqlamaqda təqsirli bilinən Nurəhməd Nurəhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xəbəraz.Az trend-ə istinadən bildirir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Nurəhmədov 3 il şərti azadlıqdan məhrum edilib.

İttihama görə, bu il paytaxtın Binəqədi rayonunda, rayon sakini Xəqani Tağıyev bıçaqlanıb. Hadisəni törətməkdə təqsirli bilinən yeniyetmə Nurəhməd Nurəhmədov olduğu müəyyən edilib və hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Məlum olub ki, Xəqani Tağıyev Nurəhməd Nurəhmədovun yaşadığı evin qarşısından keçən zaman söyüş söyüb. N.Nurəhmədov isə ona xəbərdarlıq edib. Lakin tərəflər arasında mübahisə düşüb. N Nurəhmədov X.Tağıyevi bıçaqlayıb. N.Nurəhmədova Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib. Onun barəsində polis nəzarətində qətimkan tədbiri seçilib.

Geri dön