Ana Sayfa > Karusel / Gündəm > Paytaxtın bu hissələrində 2 gün su olmayacaq

Paytaxtın bu hissələrində 2 gün su olmayacaq


10-12-2018, 17:08. Yazar: xeber

Yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması və köhnə xəttin ləğvi ilə əlaqədar 10-11 dekabrda Hövsan qəsəbəsinə, Qaraçuxur və Əmircan qəsəbələrinin isə bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Geri dön