Ana Sayfa > Karusel / Gündəm > Elçin Əlibəylinin apardığı veriliş bağlandı

Elçin Əlibəylinin apardığı veriliş bağlandı


9-12-2018, 11:22. Yazar: Xeberaz

Elçin Əlibəylinin aparıcısı olduğu "Sehrli ilmələr" verilişi həmişəki vaxtda, şənbə günü saat 12:00-da yayımlanmayıb.
Bununla bağlı Elçin Əlibəyli ilə əlaqə saxlayıb və o xəbəri təsdiqləyib, amma əsas səbəbi açıqlamayıb.

Açıqlama vermək səlahiyyətində olmadığını deyən aparıcı səbəbi Space TV- və layihənin sahibi "Azərxalça" ASC-nin daha dəqiq bildiyini söyləyib.
Space TV-nin icraçı direktoru Kamil Şahverdiyev Metbuat.az-a verdiyi açıqlamada qeyd edib ki, layihə 1 aylıq nəzərdə tutulduğu üçün dayanıb.
O, həmçinin bildirib ki, 2019-cu ildə layihə yenidən davam edə bilər.

Geri dön