Ana Sayfa > Karusel / Hadisə > Kürdəmirdə ağır qəza, polis mayoru öldü

Kürdəmirdə ağır qəza, polis mayoru öldü


8-12-2018, 15:08. Yazar: Xeberaz

Kürdəmir rayonunda polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə dekabrın 7-də saat 1 radələrində, rayonun Sığırlı kəndi ərazisində baş verib. Kənd sakini Əli Qayıbəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobili idarə edərkən qəfil halı pisləşib və avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Səfail Quliyevə məxsus “QAZel” markalı avtomobilə vurub.
Hadisə nəticəsində "VAZ-21 07" markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Dünyasını dəyişən Ə.Qayıbəliyev Ağsu Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayorudur.
Geri dön