Ana Sayfa > Karusel / Maraqlı > Yeni doğulan körpəni niyə çimizdirmirlər?

Yeni doğulan körpəni niyə çimizdirmirlər?


6-12-2018, 16:40. Yazar: xeber

Dünyaya uşaq gətirən analar blilirlər ki, körpə doğulan kimi çox çirkli olmasına rəğmən onu yumadan dəsmalla silərək isti ədyala bükürlər. 
Bəs niyə körpəni çimizdirmirlər?
Tibbin bu suala cavabı var. Körpələrin doğularkən dərisinin üzəri ağ rəngli mumabənzər maddə ilə örtülü olur. Daha əvvəllər bu maddəni uşağın bədənindən tez bir zamanda təmizləməyə çalışaraq onu  çimizdirirdilər. Lakin müasir tibb bu maddənin uşağın bədənində nə qədər çox qalarsa, körpəyə bir o qədər xeyirli olduğu sübut olunub.   Belə ki, körpə bu maddə ilə bütün bədəni vasitəsilə "nəfəs alır”.  Nəticədə körpənin immuniteti formalaşır. Həmçinin bu maddə iltihabəleyhinə təsir göstərərək uşağı mikroblardan və göbələklərdən qoruyur. Araşdırmalar sübut edib ki, bu mikroblar hətta körpədə miningit və pnevmaniya kimi xəstəliklərin yaranmasına da səbəb ola bilər. Buna görə də həkimlər uşağın doğulan kimi yuylmasının əleyhinədirlər. Bundan əlavə, doğulan kimi ananın dərisi ilə təmasda olduqda körpə özünü təhlükəsizlikdə hiss edir və stressi azalır. 

"Körpə üçün ana ilə təmasdan xeyirli heç nə yoxdur. Uşağı doğulan kimi anadan ayıraraq yumaq onun temperaturunun azalmasına səbəb olur. Bu da onun səhhətinə mənfi təsir edir”, - deyə həkimlər bildirirlər. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qaydalarına əsasən körpəni yalnız dünyaya gəldikdən 1 sutka sonra yumaq olar. 
(medicina.az)
Geri dön