Ana Sayfa > Karusel / Hadisə > Sabirabadda faciə: 8 aylıq qız öldü

Sabirabadda faciə: 8 aylıq qız öldü


6-12-2018, 11:59. Yazar: xeber

Sabirabadda azyaşlı beşikdən yıxılaraq ölüb.
Hadisə rayonun Poladtuğay kəndində baş verib.
Kənd sakini Şahin Məmmədovun qızı, 2018-ci il təvəllüdlü Məmmədova Sədəf Şahin qızı yaşadığı evdə beşikdən yıxılıb.
Uşaq hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.
(trend)
Geri dön