Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanlı təhqirə görə erməninin EVİNİ YANDIRDI

Azərbaycanlı təhqirə görə erməninin EVİNİ YANDIRDI


5-12-2018, 17:22. Yazar: xeber
Azərbaycanlı təhqirə görə erməninin EVİNİ YANDIRDI
Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan vətəndaşı, Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Rzayev Kənan Əfqan oğlu yaşadığı Qoloseevskiy rayonunda erməni mənşəli qonşusunun təhqirlərinə dözməyib, hücum edərək onun evini yandırıb.
Rayon polisi tərəfindən artıq saxlanılan K. Rzayevin hadisənin törətməsinin səbəbi kimi qonşusu ilə aralarında yaranan mübahisədə onun qarşı tərəfdən milli zəmində təhqirlərə məruz qalması olduğu bildirilir.
Təhqirlərə dözməyən azərbaycanlı erməniyə hücum edərək iki otaqlı evinə od vurub, hadisə nəticəsində ev tamamilə yanıb. Hadisə nəticəsində insan tələfatı olmayıb. 
(report)
Geri dön