Ana Sayfa > Karusel / Şou-Biznes > "Ərim Surqutda toy təşkilatçısıdır" - Ülviyyə

"Ərim Surqutda toy təşkilatçısıdır" - Ülviyyə


5-12-2018, 12:44. Yazar: xeber
"Ərim Surqutda toy təşkilatçısıdır" - Ülviyyə

Aktrisa Ülviyyə Əliyeva Surqutda yaşayan həyat yoldaşından bəhs edib.

Aktrisa qonaq olduğu "Zaurla Günaydın" proqramında bildirib ki, əri orada təşkilatçılıq işləri ilə məşğul olur:

"20 gün orada qalır, sonra Bakıya yanıma gəlir. Orada toy-xına məclislərinin təşkili ilə məşğuldur. Mən də tez-tez gedib-gəlirəm. Surqutda xınalara gedirəm. İlk dəfə orada xına mərasimini mən etmişəm. İndi Azərbaycanda iş qurmaq istəyir. 24 ildir orada yaşayır. Burada işi alınandan sonra köçəcək Bakıya".

Ülviyyə hazırda kirayədə qaldığını söyləyib:

"Toydan sonra cehiz aparmadım. Çünki müvəqqəti evə köçmüşəm. Ev alandan sonra cehizimi də verəcəklər". 
Geri dön