Ana Sayfa > Karusel / Şou-Biznes > "Oğlum deyir ki, ana düz eləmədin" - Mətanət Əliverdiyeva

"Oğlum deyir ki, ana düz eləmədin" - Mətanət Əliverdiyeva


30-11-2018, 15:30. Yazar: xeber
"Oğlum deyir ki, ana düz eləmədin" - Mətanət Əliverdiyeva
Mətanət Əliverdiyeva qonağı oluğu "Hər şey daxil"də kinsiz insan olduğunu bildirib.

Xanım aparıcı Tolikin "Danışmadığın aparıcılar var?" sualına verdiyi səmimi cavabı ilə diqqət çəkib.

M.Əliverdiyeva səhvinə görə hətta uşaqdan belə üzr istəyəcək xarakterinin olduğunu qeyd edib:

"Yox. Ola bilər ki, bir az münasibətim yoxdur. O da çoxdan hansısa bir hərəkəti məndə qıcıq yarada bildiyi üçün ola bilər. Çox deyil! 

Mənim kinim, ümumiyyətlə, yoxdur. Mən elə bir insanam ki, balaca uşaqdan da üzr istəyirəm. Mən hətta balaca oğlumdan belə, nəyisə düz etməyəndə, o, mənə deyir ki, "Ay ana, sən düz eləmədin". Deyirəm "Düz eləmədimsə, bağışla. Üzr istəyirəm". Yəni mən belə insanam. Əgər səhvim varsa, üzr istəyirəm. Niyə də yox?!" 
Geri dön