Ana Sayfa > Karusel / Gündəm / M2 > Rusiyada aeroporta həmyerlimizin adı verilə bilər

Rusiyada aeroporta həmyerlimizin adı verilə bilər


29-11-2018, 11:31. Yazar: Xeberaz

Görkəmli Azərbaycan neftçisi, Qərbi Sibirdə neft yataqlarını kəşf etmiş Fərman Salmanov Rusiyanın iki şəhərində hava limanlarının adının seçilməsi üzrə sorğuda liderlik edir.
Onun adının Xantı-Mansiysk muxtar dairəsinin Surqut və Nijnevartovsk şəhər aeroportlarına verilməsi təklif edilib.
Nijnevartovskda F.Salmanov 17 mindən çox (52 faiz), Surqutda 34 mindən çox (62) səslə liderlik edir. Səsvermə noyabrın 30-dək davam edəcək.
Əgər F.Salmanovun adı hər iki şəhərdə qalib gəlsə, ən çox səs yığmış aeroporta onun adı veriləcək. Digər şəhərdə qalibin müəyyən olunması üçün ikinci tur keçiriləcək.
Geri dön