Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Azərbaycanlı opera müğənnisinin ağzı cırıldı – Çıxış zamanı

Azərbaycanlı opera müğənnisinin ağzı cırıldı – Çıxış zamanı


28-11-2018, 16:11. Yazar: xeber
Dünən Rusiyanın Yekaterinburq şəhərindəki teatrda “Karmen” tamaşasının gedişində opera müğənnisi İlham Vəliyevin ağzı cırılıb.
Opera müğənnisinin özü bu barədə sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, hadisə onun qəhrəmanı - əsgər Xosenin toreadorla döyüşdüyü səhnədə baş verib. Artist qeyd edir ki, bu cür dava səhnələrinə onlar peşəkar kaskadyorun rəhbərliyi altında hazırlaşırlar və bu cür hala ilk dəfədir ki, rast gəlinir.
Ciddi zədəyə baxmayaraq, İlham Vəliyev tamaşanı sona qədər oynayıb və xəstəxanaya çatdırılıb. Onun ağzına tikiş qoyulub.
Qeyd edək ki, opera müğənnisi İlham Vəliyev Başqırdıstanın paytaxtı Ufa şəhərində anadan olub.
(virtualaz.org )
Geri dön