Ana Sayfa > Karusel / Hadisə > Bakıda maşın piyadaları vurdu: ölən var

Bakıda maşın piyadaları vurdu: ölən var


28-11-2018, 10:36. Yazar: Xeberaz
Bakıda maşın piyadaları vurdu, ölən var
Səhər saatlarında paytaxtın Neftçilər prospektində ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Abdullayev Natiq Əliağa oğluna məxsus “Hyundai” markalı, 99 NU 793 nömrəli avtomobil yolu keçmək istəyən üç piyadanı vurub.
Piyadaların biri elə hadisə yerindəcə dünyasını dəyişib.
Digər iki nəfər isə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Piyadaların şəxsiyyətləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.
(oxu.az)
Geri dön