Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Lotu Qulinin adamı Bakıda tutuldu

Lotu Qulinin adamı Bakıda tutuldu


27-11-2018, 12:23. Yazar: Xeberaz

Kriminal aləmdə "Rəşad Yevlaxski” kimi tanınan Rəşad Cəbrayılov Bakı aeroportunda saxlanılıb.
Kriminal avtoritet qanunsuz olaraq Batumi şəhərindən Türkiyə ərazisinə daxil olmağa cəhd göstərsə də, istəyi baş tutmayıb və yenidən qaçaq yolla Bakıya qayıdıb. Bir neçə gün sonra ikinci cəhddə Naxçıvandan Türkiyəyə daxil olmağa çalışıb, amma alınmayıb.
Bir neçə gün sonra Naxçıvan-Bakı aviareysi ilə uçarkən Bakı aeroportunda saxlanılıb.
Qeyd edək ki, Rəşad Yevlaxski 2 ay öncə "Oazis” restoranı yaxınlığında bir nəfəri bıçaqlayıb. Zərərçəkən şəxs hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra Rəşad Cəbrayılov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb.
Xatırladaq ki, Rəşad Yevlaxski Lotu Qulinin klanına daxil olan şəxslərdəndir.
Geri dön