Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Xoruldamağa SON! - Təbii şirə sizi əzabdan xilas edəcək

Xoruldamağa SON! - Təbii şirə sizi əzabdan xilas edəcək


27-11-2018, 12:19. Yazar: Xeberaz

Xorultunun səbəbləri müxtəlifdir. Bunlara artıq çəki, burunda çəpər əyriliyi, burun polipi, badamcıqların böyüməsini aid etmək olar. 
Əgər yaxınınız xoruldayırsa, o zaman ona mütləq təbii şirələrdən hazırlanmış qarışıq verin. Əmin olun ki, bu problemdən birdəfəlik azad olacaqsınız. Ən ziyansız xorultu əsasən qırtlaqda olan seliyin çoxluğu səbəbindən meydana çıxandır. Təccüblüdür ki, bu problemi aradan qaldırmaq üçün ən yaxşı və effektiv vasitə tərəvəz və meyvələrdən hazırlanmış təbii şirədir.

Xoruldama əleyhinə şirə reseptlərini təqdim edirik:
Lazım olan ərzaqlar: 
•2 ədəd alma•2 ədəd kök•1/4 limon•Balaca zəncəfil kökü 
Limon və zəncəfil seliyi aradan qaldıra bilən C vitamini ilə zəngindir. Alma və kök də vitaminlərlə zəngin olmaları ilə yanaşı sakit yuxunu təmin edir. 

Hazırlanması: 
Sadalanan meyvə tərəvəzləri xırdalayaraq blenderdən keçirin. Əldə olunan smuzini və ya şirəni yatmazdan 2-3 saat əvvəl için. 

Payızda bu cür vitaminli qarışım həm də immuniteti gücləndirmək üçün faydalıdır. Bir şeyi də yadda saxlayın ki, xorultu bəzən daha ciddi xəstəliklərin xəbərçisi olur. Buna görə də yatarkən nəfəs almaqda çətinlik çəkdiyinizi hiss edən kimi həkimə müraciət etməyiniz məsləhətdir! 
(medicina.az)
Geri dön