Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb


27-11-2018, 11:09. Yazar: Xeberaz


Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, noyabrın 26-da ölkədə 95 cinayət faktı qeydə alınıb, onların da 9-u “isti izlər”lə açılıb. 
Əvvəlki dövrlərdən bağlı qalan 10cinayətinaçılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Ölkənin avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb. 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. 
Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb. 


Geri dön