Ana Sayfa > Karusel / Gündəm / M2 > Azərbaycanlılar ən çox hansı xəstəliklərdən əziyyət çəkirlər? - SİYAHI
Azərbaycanlılar ən çox hansı xəstəliklərdən əziyyət çəkirlər? - SİYAHI26-11-2018, 15:58. Yazar: Xeberaz |
Azərbaycanda əhalinin 2017-ci ildə daha çox hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmin xəstəliklərin statistikası aşağıdakı kimidir: Ötən il 1 875 652 nəfərdə xəstəlik qeydə alınıb. Bəzi infeksion və parazitar xəstəliklər - 124 457 nəfər Yenitörəmələr - 12 082 nəfər Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntular - 67 779 nəfər Endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları - 47 476 nəfər Psixi pozuntular və davranış pozuntuları - 10 281 nəfər Sinir sistemi xəstəlikləri - 72 306 nəfər Göz və gözün əlavə aparatının xəstəlikləri - 69 261 nəfər Qulağın və məməyəbənzər çıxıntının xəstəliyi - 46 188 nəfər Qan dövranı sisteminin xəstəlikləri - 143 182 nəfər Tənəffüs orqanlarının xəstəlikləri - 735 922 nəfər Həzm sisteminin xəstəlikləri - 160 801 nəfər Dəri və dərialtı toxumanın xəstəlikləri - 43 020 nəfər Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri - 29 486 nəfər Sidik-cinsiyyət sisteminin xəstəlikləri - 107 333 nəfər Hamiləlik, doğuş və zahılıq - 64 670 nəfər Perinatal dövrdə meydana çıxan xüsusi hallar - 8 387 nəfər Anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntuları - 3 665 nəfər Digər rubrikalarda təsnif olunmayan klinik və laborator tədqiqatlar zamanı aşkar edilən simptomlar, nişanələr və normadan kənara çıxma halları - 10 884 nəfər Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri - 118 472 nəfər Xəstəlikdən ölüm hallarına, əsasən, qan dövranı sisteminin xəstəlikləri, yenitörəmələr, həzm sisteminin, tənəffüs orqanlarının xəstəlikləri səbəb olur. Ölümün səviyyəsi gözlənilən ömür uzunluğu göstəricisinə görə, ötən il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 75,2 yaş, o cümlədən oğlanlar üçün – 72,8 yaş, qızlar üçün isə – 77,6 yaş olub. (oxu.az) Geri dön |