Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Hacıqabulda dəhşətli qəza: 8 yaralı var, bəzilərinin vəziyyəti ağırdır

Hacıqabulda dəhşətli qəza: 8 yaralı var, bəzilərinin vəziyyəti ağırdır


25-11-2018, 14:56. Yazar: Xeberaz
 
Hacıqabul rayonunda 8 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə Bakı-Qazax magistralının 125-ci kilometrliyində, Hacıqabul şəhərinin çıxışında qeydə alınıb.
07-EG-547 dövlət qeydiyyat nişanlı "Mercedes Vita" markalı mikroavtobusda 90-DA-004 dövlət qeydiyyat nişanlı maşının toqquşması nəticəsində 6-sı ağır olmaqla 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar 3-ü reanimasiya şöbəsinə olmaqla Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Zərərçəkmişlərdən hələ ki, 5-nin adı məlumdur. Bunlar Bakı sakinləri - 1991-ci il təvəllüdlü Köçəliyeva Elnarə Əhməd qızı, 1968-ci il təvəllüdlü Pirişova Rübabə Şahlar qızı, 1981-ci il təvəllüdlü Mikayılova Samirə Hacıbala qızı, 1986-cı il təvəllüdlü Tağızadə Şəhla Firdovsi qız və 1967-ci il təvəllüdlü Həsənova Yaqut İlham qızıdır.
Digərlərinin şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Geri dön