Ana Sayfa > Karusel / Maraqlı / M2 > Çinlilərin məşhur müalicə metodları - “Həyat kökü”, iynələrin gücü, banka

Çinlilərin məşhur müalicə metodları - “Həyat kökü”, iynələrin gücü, banka


24-11-2018, 14:27. Yazar: Xeberaz
 
Çinlilər min illiklər ərzində inkişaf etdirdikləri və bütün dünyada məşhur ənənəvi xalq təbabətləri ilə fəxr edirlər. Müasir dövrdə də bir çox xəstəliklərdən şəfa tapmaq üçün çin xalq təbabətinə müraciət edənlərin sayı az deyil. Amma bu vasitələri tətbiq etməzdən əvvəl mütləq klassifikasiyalı mütəxəssislə məsləhətləşmək lazımdır. Çünki bir dərddən yaxa qurtarmaq istəyərkən digər bir xəstəliyə düçar ola bilərsiniz. 

Sizə Çin təbabətinin ən məşhur prosedurlarını təqdim edirik: 

1. "Həyat kökü” - Çinlilər ölkələrində məşhur olan dərman bitkilərindən birini məhz belə adlandırırlar. Bizdə isə bu bitki jenşen adı ilə tanınır. Çinlilər belə hesab edir ki, bu dərman bitkisi bir çox xəstəliklərin əlacıdır. Bütün dünyanın fitoterpevtləri bu bitkinin xeyirli olduğunu bildirirlər. Jenşen bitkisinin antioksidantlarla zəngin olması sayəsində ondan hazırlanan dərman vasitələri orqanizmdə olan bir sıra iltihabı proseslərin azalmasını təmin edir.
 
Araşdırmalara görə, jenşen tərkibli vasitələr onkologiya sahəsində beyin, damar, reproduktiv orqanlara profilaktik təsir göstərir.  

2. İynələrin gücü – bir çox mənbələrər görə akupunktura, yəni iynələrlə müalicə ilk dəfə Çində meydana çıxıb. Daha sonra elm inkişaf edib və akupunktura bir çox ölkələrdə tətbiq edilir. Onun köməyi ilə baş ağrıları və bir çox digər ciddi xəstəliklər müalicə olunur. Müasir tibbdə isə akupunkturanın ağrını yox etdiyi bildirilir. 

3. Banka qoymaq – Banka qoymaq yolu ilə müalicə ölkəmizdə də çox məşhurdur. İlk dəfə Çində yaranan bu müalicə üsulu ilə bir çox xəstəlikləri, o cümlədən də ağrıların aradan qaldırılması mümkündür. Banka qoymaqla ürək-damar xəstəlikləri, yüksək təzyiq, artrit, oynaq xəstəlikləri müalicə edilir. Çin həkimləri bildirirlər ki, banka ilə müalicə zamanı bədənin qızması və masaj olunması qan dövranını yaxşılaşdırır, toksinlərin bədəndən atılmasına yardımçı olur. Son dövrlərdə "hacamat” yəni banka vasitəsilə qan alma üsulu çox populyarlaşıb. Bir sıra qan-damar xəstəlikləri zamanı təbiblər tərəfindən tətbiq edilən bu prosedur ölkəmizdə də məşhurdur.  
(Medicina.az)
Geri dön